Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19

Moskvada keçirilən parada NATO qüvvələri də qatılıb


Bu gün Moskvada Nasist Almaniyası üzərində qələbənin 65-ci ildönümü münasibətiylə hərbi parad keçirilib.

İlk dəfə olaraq paradda Rusiyayla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, və Polşa qüvvələri də qatılıb.

Paradda təkcə Rusiyadan 11 500 hərbi qulluqçu iştirak edib, 127 hərbi təyyarə, tank, və nüvə başlığı daşıya bilən raketlər nümayiş etdirilib.

Rusiya prezidenti Dimitri Medvedev paradda çıxış edərkən müharibə qəhrəmanlarının heç vaxt unudulmayacağını bildirib və müasir dövrdə peyda olmuş təhlükələrə qarşı durmaq üçün birliyə çağırıb.

Paradda Almaniyanın kansleri Angela Merkel, Çin prezidenti Hu Çintau və digər keçmiş Sovet ölkələrinin liderləri də iştirak ediblər.

Bu Sovet İttifaqının dağılmasından bu yana Moskvada keçirilən ən böyük paraddır.

Ümumilikdə keçmiş Sovet İtifaqından bu müharibədə 27 milyon adam ölüb.

Qərb ölkjələri isə qələbə gününü dünən-mayın 8-də qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG