Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Ermənistan həbsxanalarında neçə siyasi məhbus var?


«Bu gün Ermənistan həbsxanalarında 14 siyasi məhbus var. 2008-ci ilin 1 mart hadisələrindən sonra onların sayı daha çox idi».
Bunu deyən Siyasi Məhbuslar Komitəsinin koordinatoru Vartan Harutyunyandır:

«Martın 1-dən sonra yüzlərlə həbs olunan və siyasi fəaliyyətinə görə izlənən olub. Onların yüzdən çoxuna müxtəlif həbs cəzaları kəsilib. Sonradan çoxunun həbs müddəti başa çatıb, digərləri amnistiya olunaraq azadlığa çıxıblar. Bu gün Ermənistan həbsxanalarında 14 siyasi məhbus qalır. Murad Bocolyan istisna olaraq, qalanları mart hadisələrinə görə həbs olunub. Sadəcə ona görə ki, prezident seçkilərindən sonra müxalifət namizədini dəstəkləyiblər».

BÖYÜK ÖLKƏ ÜÇÜN BİR SİYASİ MƏHBUS DA AZ DEYİL

Keçmiş sovet ölkəsi olan Ermənistanda siyasi məhbus problemi hər zaman olub. Ancaq məhbusların sayı 2008-ci il prezident seçkilərindən sonra daha çox olub. Vartan Harutyunyan:

«2008-ci il seçkilərindən sonra baş verənlər heç bir sərhəd tanımır. Bir neçə siyasi məhbus yox, həbsxanalarda yüzlərlə məhbus olub. Mən hər zaman deyirəm - böyük ölkə üçün bir siyasi məhbus da az deyil».

Bu ilin aprelində Ermənistan paytaxtında Beynəlxalq İnsan Haqları Federasiyasının 37-ci konqresi keçirildi. Konqresə 140 ölkədən 300-ə yaxın hüquq müdafiəçi qatılıb. Ölkədəki vəziyyəti çatdırdıqdan sonra federasiyanın prezidenti Suer Belassen konqres adından Ermənistan hökumətini «bütün siyasi məhbusları təcili olaraq azadlığa buraxmağa» çağırıb. Eyni çağırışla federasiyanın vitse-prezidenti Ales Belçki də çıxış edib. Ales Belçki:

HÖKUMƏTİ TƏCİLİ OLARAQ ONLARI AZAD ETMƏYƏ ÇAĞIRIRIQ

«Biz hazırda olduğumuz ölkədə - Ermənistanda siyasi məhbusların olduğuna görə öz narahatlığımızı çatdırdıq. Hökuməti təcili olaraq onları azad etməyə çağırırıq».

Ermənistanda siyasi məhbusların olduğunu hüquq müdafiəçiləri və müxalifət bəyan etsə də, hökumət əksini iddia edir. Hakim Respublika Partiyasının sədr müavini
Yerevandakı Nubaraşen türməsi
danışır:

ERMƏNİSTANDA SİYASİ MƏHBUS YOXDUR

«Ermənistanda siyasi məhbus yoxdur. Barələrində danışılan 14 nəfər isə etiraz aksiyalarında iştirak edib və öz fikirlərini bildirməklə yanaşı, insanları cinayət törətməyə təhrik ediblər. Hökumət əleyhinə çıxış etmək, ölkəni təhlükə altında qoymaq mənasını vermir».

Ancaq Ermənistanda siyasi məhbusların olduğunu nəinki müxalifət və yerli hüquq müdafiəçiləri, həmçinin beynəlxalq təşkilatlar da təsdiqləyir. İnsan haqları üzrə Beynəlxalq Federasiya da onların arasındadır.

«Onların qiymətləndirməsini obyektiv hesab edirsinizmi» sualına hakimiyyət rəsmisi Qalust Saakyan cavab verir:

«Bu təşkilatların işi elə qurulub ki, onlar hər zaman müxalifəti və ya müxalif baxışları dəstəkləyir. Bununla da dünya ictimaiyyətinə öz mahiyyətlərini tanıdırlar».

2008-ci il prezident seçkilərindən sonra həbs olunanlar arasında parlamentin deputatı Miasnik Malxasyan da olub. Deputat kütləvi iğtişaşların təşkilində günahkar bilərək 5 il azadlıqdan məhrum edilib. Ancaq 2009-cu ilin sentyabrında amnistiya olunaraq azadlığa çıxıb.

Malxasyan deyir ki, ona və məsləkdaşlarına qarşı bir sıra əsassız və mənasız ittihamlar irəli sürülmüşdü:

BİZƏ AMNİSTİYA LAZIM DEYİL

«Bizi elə mənasız və əsassız ittiham etdilər, daha sonra amnistiyaya saldılar. Mən həmin vaxt dedim ki, bizə amnistiya lazım deyil. Daha yaxşı olardı ölkədə məhkəmə sistemi işləyərdi, onda çevriliş və kütləvi iğtişaşların əsl təşəbbüskarları, iğtişaşlarda 10 nəfəri öldürənlər məlum olardı».

Miasnik Malxasyan Ermənistanda insan haqları sahəsində mübarizəsini davam etdirəcəyini deyir:

«Biz həbsdə olan siyasi məhbusların azadlığa buraxılması üçün mübarizə aparırıq. Həmçinin heç bir səbəb olmadan insanların həbsinə və öldürülməsinə qarşı mübarizə aparacağıq».

BU MƏSƏLƏLƏR GÜNDƏLİKDƏ QALACAQ


İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Saşa Kulayeva isə deyir ki, onlar Ermənistanda hadisələrin inkişafını nəzarətdə saxlayacaqlar:

«Biz hökumətdən bəzi vədlər almışıq. Onlardan konkret addımlar gözləyirik və bunun əsasında da strategiyamızı quracağıq. Heç şübhəsizdir ki, siyasi məhbus, sərbəst toplaşma, azad mətbuat və digər məsələlər vəziyyət düzələnə qədər gündəlikdə qalacaq».
XS
SM
MD
LG