Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Nasizm üzərində qələbənin 65-ci ildönümü qeyd olunur


Bir çox Avropa ölkələri və Birləşmiş Ştatlarda bu gün Nasist Almaniyası üzərində qələbənin 65-ci ildönümü qeyd olunur.

Bu münasibətlə bu gün bir sıra şəhərlərdə anım mərasimi və ya hərbi paradlar keçiriləcək.

Keçmiş Sovet blokuna daxil olan ölkələrdə isə qələbə günü sabah-mayın 9-da keçiriləcək.

Moskvada keçiriləcək hərbi paradda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Qeyd edək ki, bu gün həm də Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin qeyri-rəsmi toplantısı başlanıb.
XS
SM
MD
LG