Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

«Şuşa ilə bağlı sual verdiyinizə təəssüflənirəm...»


«İndi biz bir konfrans keçirəndə başımıza gələn bütün faciələrin hamısını danışmalıyıq?».

Mayın 8-də YAP-ın icra katibi Əli Əhmədov Bakıda «Heydər Əliyev və inkişafın Azərbaycan modeli» adlı konfransda belə deyib.

Jurnalistlərin «Şuşanın işğalından 18 il ötməsinə baxmayaraq niyə çıxışınızda bu məsələni yada salmadınız» sualına cavab olaraq Ə.Əhmədov bildirib ki, bu faciə bizim qəlbimizdədir:

«Təbii ki, məqsədimiz işğal olunmuş bütün torpaqları qaytarmaqdır. Eyni zamanda həyat davam edir. Yəqin ki, siz də evinizə gedəndə hər gün onu xatırlamırsınız. Bu gün biz başqa məqsəd üçün yığılmışdıq. Mən çox təəssüflənirəm ki, siz mənə belə bir xoşa gəlməyən sual verirsiniz. İnsanın qəlbində olan və onu incidən məsələləri hər dəfə yada salıb ona biz basmaq yaxşı əlamət deyil».

Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal olunub.
XS
SM
MD
LG