Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Pakistan raket sınağı keçirib


Pakistan nüvə başlığı daşıya bilən qısa mənzilli 2 ballistik raketin sınağını keçirib.

Bu raketlərdən biri 300, digəri isə 650 kilometrlik məsafəni qət edə bilir.

Sınağı ölkənin baş naziri Yusif Rza Gilani və digər yüksək rütbəli hərbçilər müşahidə ediblər.

Pakistan komandanlığı bəyan edib ki, məqsəd ölkənin müdafiə qabiliyyətini daha da gücləndirməkdir.

Pakistan və onun regional rəqibi olan Hindistan nüvə dövlətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG