Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Merkel Moskvaya qələbə paradına dəvətini alqışlayır


Almaniya kansleri Angela Merkel bu bazar günü Moskvada keçiriləcək İkinci Dünya Müharibəsində qələbənin 65-ci ildönümü münasibətilə parada dəvət edilməsini alqışlayıb.

Merkel Rusiya qəzetlərinə müsahibəsində bildirib ki, alman dövlətinin rəhbərinin bu tədbirə dəvət edilməsi onu göstərir ki, Rusiya və Almaniya artıq tarixdən dərs çıxarıb, hazırda sülh və dostluq şəraitində yaşayırlar.

Beş il əvvəl Gerhard Şröder Moskvada Qızıl Meydanda qələbə paradında iştirak edən ilk Almaniya kansleri olub.

İndki kansler Angela Merkel həmçinin Faşist Almaniyasına qarşı döyüşmüş müttəfiq qüvvələrə fədakarlıqları üçün minnətdarlıq edib.
XS
SM
MD
LG