Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Türkiyə referenduma yaxınlaşır


Türkiyədə parlament Konstitusiya dəyişikliyinin referenduma çıxarılması barədə qanunu qəbul etdi. Sənəd təsdiq üçün prezidentə göndərilib.

Əsas qanuna dəyişikliklər təklifini hakim Ədalət və İnkişaf Partiyası irəli sürüb. Hakim partiyada hesab edirlər ki, hazırda qüvvədə olan Konstitusiyanı 1982-ci ildə ölkənin hərbi rəhbərliyi qəbul edib. İndi ona təklif etdiyi düzəlişlər də ölkədə demokratiyanın gücləndirilməsi və Türkiyənin Avropa Birliyinə qəbul edilməsi prosesini asanlaşdırmaq üçündür.

Amma ana müxalifət partiyası hesab edir ki, bu düzəlişlər Türkiyədə məhkəmələrin səlahiyyətlərini azaldır və ölkəni daha çox islam qaydalarına doğru aparır. Müxalifət dəyişikliklərin referenduma çıxarılmasını əngəlləmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.
XS
SM
MD
LG