Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:55

Rusiya piratları azad etdi


Rusiyanın Müdafiə Nazirliyi yazılı məlumat yayaraq Ədən Körfəzində saxladığı piratları azad etdiyini bildirib. Nazirliyin sözçüsü bildirib ki, bu adamların istintaqa verilməsi üçün əllərində beynəlxalq qanunvercilik normaları yoxdur.

Rusiya hərbçiləri onların silahlarını, naviqasiya avadanlıqlarını əllərindən alaraq özlərini buraxıblar.

Bir qədər əvvəl Rusiyanın neft tankerinə hücum edən piratları Rusiyanın hərbi gəmisi həbs etmişdi. Bundan əvvəl saxlanmış 10 nəfərin piratın istintaq üçün Moskva göndəriləcəyini bildirmişdi.
XS
SM
MD
LG