Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14

Medvedev müharibədə Stalinin yox, xalqın qalib gəldiyini deyib


Rusiya prezidenti Dmitri Medvedev “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, sovet diktatoru Jozef Stalinin öz xalqına qarşı cinayətləri unudula bilməz.
Mayın 7-də çap olunmuş müsahibəsində Medvedev bildirir ki, Stalinin rəhbərlik etdiyi totalitar rejimdə ən adi azadlıqlar belə məhdudlaşdırılıb.

Medvedev bu barədə indi 65 illiyi qeyd olunan faşizm üzərində qələbənin əldə edilməsində Stalinin rolu haqqında suala cavabında bildirib. Rusiya prezidenti müharibəni Stalinin, ya da hansısa generalların udması haqqında fikirləri rədd edərək qələbəni xalqın çaldığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG