Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Keçmiş polis rəisinə 13 illik həbs cəzası verildi


Mayın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlərdə ittiham olunan Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevə hökm oxunub. Keçmiş polis rəisi 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məmmədəli Əliyev keçmiş müdafiə naziri Rəhim Qazıyevi və məhbuslar Baba Nəzərli, Əlikram Hümbətov və Arif Paşayevi Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırmaqda ittiham olunub. Həmçinin «OMON»un tabor komandiri Elçin Əmiraslanovla birlikdə ölkə prezidentini öldürmək üçün terror aktı hazırlamaqda təqsirləndirilib.
XS
SM
MD
LG