Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:28

"Bir yağışlı nəğmə" kitabındakı şerləri artıq Ramiz Rövşənin özü də yazmır"


Rasət Pirisoyu

"ƏDƏBİ QƏTL HADİSƏSİ"

(Esse)


Ramiz Rövşənin "Bir yağışlı nəğmə" kitabının nəşrindən otuz il keçir.

Bu gün Azərbaycan ədəbiyyatında poetik davranışı etibarı ilə özünü Ramiz Rövşən kimi aparan xeyli şair olmasına baxmayaraq, "Bir yağışlı nəğmə" kitabındakı şerlər daha heç kəsin "yadına düşmür".

Amma hərdən, hansısa şeirdə "Bir yağışlı nəğmə" kitabdan hansısa misra, yaxud ovqat adamın qarşısına çıxır və adam o şerlərin təzə-tərliyinə heyran olur.

"Bir yağışlı nəğmə" kitabındakı şerləri artıq çoxdandar ki, Ramiz Rövşənin özü də yazmır.

Əkrəm Əylislinin "Bir yağışlı nəğmə" kitabına yazdığı ön sözdəki "bu şerlərin Azərbaycan ədəbiyytında iyirmi bir, iyirmi iki və iyirmi üç yaşında qalacağı" etimalı, təəssüf ki, özünü doğrultdu, o şerlərin yaşca böyük «yaşıdları» yaranmadı.

Bu günlərdə Azadlıq Radiosunda Ramiz Rövşənin müsahibəsini dinlədim. Ramiz Rövşən müsahibəsində sözarası dedi ki, bu ilin payızında ilk kitabının 40 illiyini keçirmək niyyətindədir.

Ramiz Rövşənin birinci kitabı «Bir yağışılı nəğmə» adlanırdı.

Mən o kitabı çox yaxşı xatırlayıram. Və Ramiz Rövşəinin «Bir yağışlı nəğmə kitabı» uzun illər boyu mənim ürəyimdə söhbət elədiyim kitablardan biri olub.

Və "Ədəbi qətl hadisəsi" essemi də həmin kitab haqqında yazmışdım.

Bunları deməkdə məqsədim, yenidən "Bir yağışlı nəğmə" kitabının məziyyətlərinə diqqəti cəlb etmək deyil, mənim üçün əhəmiyyət kəsb edən bir ədəbi hadisə haqqında düşüncələrimi oxucularla bölüşməkdir.

Məsələ burasındadır ki, mən Ramiz Rövşənin "Bir yağışlı nəğmə" kitabını Azərbaycan ədəbiyyatı tarixində ədəbi qətl hadisəsi hesab edirəm.

Ədəbi qətl hadisəsi Azərbaycan ədəbiyyatının heç bir dövründə, heç bir şairin yaradıcılığında özünü göstərməyib.

Əgər biz Ramiz Rövşənin yaradıcılığını Azərbaycan ədəbiyyatında mövcud olan yazıçıların - Hizaminin, Həsiminin, Füzulinin, Axundovun, Mirzə Cəlilin, hətta Sabirin - yaradıcılığındakı bütövlük baxımından nəzərdən kecirməli olsaq, onda «ədəbi qətl hadisəsi»nin nə demək olduğu kifayət qədər aydınlaşar.

Hizaminin "Xəmsə"si, Füzulinin qəzəl yaradıcılığı, Mirzə Fətəli Axundovun ədəbi və ictimai mübarizəsi, Sabirin "hophopnamə"si, Mirzə Cəlilin "Molla Həsirddin"i bütöv bir yaradıcılıq nümunəsidir.

Ramiz Rövşəndən fərqli olaraq, bu yazıçılar yaradıcılıq təkanının ilkinliyini bütün ömrləri boyu qoruyub saxlaya biliblər.

Başqa sözlə, minillik Azərbaycan ədəbiyyatının bütün dövrlərində bədii istedadın böyüyüb, boy atması, inkişafı, yetkinləşməsi, yeni keyfiyyət qazanması normal şəkildə gedib. Bircə "Bir yağışlı nəğmə" kitabının meydana çıxdığı dövrdən savayı.

Bu mənada Ramiz Rövşəinin "Bir yağışlı nəğmə" kitabı böyüməyüb, boy atmayıb, dünyaya necə gəlibsə, Ramiz Rövşənin ömründən necə qopubsa, Azərbaycan ədəbiyyatında da eləcə qalıb.

Mən "Bir yağışlı nəğmə" kitabını yazan şairin taleyi ilə Mikayıl Müşfiqin taleyi arasında qəribə bir oxşarlıq görürəm.

Məsələ burasındadır ki, sözdə cavan gorünmək xüsusi poetik vəziyyətdir, bu, hər şairə nəsib olan xoşbəxtlik deyil. İyirmi yaşda olub səksən yaşın şerini yazmaq mümkündür, yaxud əksinə... Amma bunun bir küll halında bütün miqyası ilə iyirmi bir, iyirmi iki, iyirmi üç yaşında olan bir şairin yaradıcılığında gösünməsi nadir ədəbi hadisədir.

"Bir yağışlı nəğmə" kitabı yazıldığı dövrün "ədəbi prinsiplərinə" qətiyyən dəxli olmayan bir əsər idi. Heç Azərbaycan ədəbiyyatında bu kitabı meydana çıxara biləcək ədəbi gözlənc də hiss olunmurdu.

Fikrimi izah edim.

Məsələn, səksəninci illərin əvvəllərində Əkrəm Əylislinin redaktorluğu ilə çıxan "Azərbaycan" jurnalı Azərbaycan ədəbiyatında meydana çıxa biləcək əsərlər haqqında, yaxud ədəbi prosesin hansı istiqamətdə inkişaf edə biləcəyi haqqında mülahizələr söyləməyə xeyli imkan yaradırdı.

Bu mənada "Bir yağışlı nəğmə" kitabının nəşri o zamankı ədəbi proses üçün tamamilə gözlənilməz idi. Elə buna görə də işıq üzü görən kimi əsər ədəbi tənqidin dişli çarxları arasına düşdü.

Əvvala, sovet ədəbi tənqidi heç cürə aydınlaşdıra bilmədi ki, bu hansı hadisədir. Amma sovet ədəbi tənqidi hiss etdi ki, "Bir yağışlı nəğmə" ona məlum olmayan, hansısa yad, naməlum prinsiplər əsasında yazılmış kitabdır.

Ramiz Rövşən
Ənənəvi sovet düşüncəsi kitabı elə bir hala saldı ki, sonradan Ramiz Rövşənin özü də bu kitabdakı şeirlərə yaxın düşmədi.

Bu mənada "Bir yağışlı nəğmə" kitabı həm də ittihamnamədi, ədəbi ittihamnamə. Ədəbi zövqün zor altında saxlandığı, ədəbiyyatdan, sözdən və sənətdən uzaq ədəbi buyuruqla üz-üzə gələn həqiqi istedadın faciəsidir.

Bu kitaba qədər, Azərbyacan ədəbiyyatının bütün dövrlənində, Hizami dövründə də, Füzuli dövründə də, Axundov, Mirzə Cəlil, Sabir dövründə də meydana çıxan ədəbi istedadlar ilk dəfə ədəbiyyatda necə görünüblərsə, sonradan, axıra qədər bu ilk görünütünü inkişaf etdiriblər, istedadlarının ilkinliyində ciddi dəyişiklik aparmağa ehtiyac duymayıblar.

Başqa sözlə, gənc Hizami ilə qoca Hizami arasında, gənc Füzuli ilə ahıl Füzuli arasında, sözə peşəkar yanaşmanı nəzərə almasaq, poetik gen baxımından ciddi fərq nəzərə çarpmır.

Bu fərq yalnız gənc Sabirlə yaşlı Sabir arasında ziddiyyətli şəkildə meydana çıxıb. Amma gənc Sabirlə yaşlı Sabir arasında özünü göstərən bu ziddiyyəti də eyni bir hadisənin müxtəlif tərəfləri kimi izah etmək mümkündür.

Amma Ramiz Rövşənin ilkin yaradıcılığı ilə sonrakı yaradıcılığı arasında birmənalı şəkildə ədəbi qətl hadisəsi durur. Yaşlı Ramiz Rövşənnin yaradıcılığı gənc Ramiz Rövşənin yaradıcılığından tamamilə fərqlənir.

Bəzən mənə elə gəlir ki, Ramiz Rövşən "Bir yağışlı nəğmə" kitabını çap etdirməsəydi, daha yaxışı olardı. Amma sonra fikirləşirəm, nə yaxşı ki, ortada Azərbaycan sovet ədəbiyyatının vəhşiliyini üzə çıxaran belə bir ədəbi fakt mövcuddur.

Bəlkə də Ramiz Rövşən öz təbii istedadının ilkinliyi, təbilliyi ilə uzun müddət ünsiyyətdə qalsaydı, bəlkə də Azərbaycan ədəbiyyatında "Bir yağışlı nəcmə" kitabı kimi balaca bir kitab deyil, daha mükəmməl, istedadının ilkinliyini özündə axıra qədər hifz edən daha maraqlı bir yaradıcılıq meydana çıxa bilərdi.

Sonra da fikirləşirəm ki, yox, Ramiz Rövşənin istedadı mütləq sovet ədəbi maşını ilə üzə-üzə gəlməli olacaqdı. Onda bu qətl hadisəsi aşkarda deyil, sovet cəmiyyəti üçün xarakterik olan gizlində baş verəcəkdi.

Ramiz Rövşənin ilkin istedadı ilə sonrakı istedadı arasındakı uçrum çılpaq şəkildə hiss olunmayacaqdı. Ramiz Rövşən Azərbaycan ədbiyyatında sadəcə indiki yaradıcılığı ilə görünəcəkdi.

Mən yazılarımın birində Azərbaycan ədəbiyyatının dörd kitabdan ibarət oduğunu yazmışdım. Şərti olarıq bu kitabları belə adalandırmışdım.

Dədə Qorqudun kitabı,
Hizaminin kitabı,
Füzulinin kitabı,
Mirzə Fətəli Axundovun kitabı


İndiki Ramiz Rövşənin yaradıcılığını bu kitablardan qıraqda təsvvür etmək qeyri-mümkündür.

Amma "Bir yağışlı nəğmə" kitabı bu kitablardan tamamilə qıraqda olan bir yaradiciliq idi.

Hər halda mən belə düşünürəm.

Mənə elə gəlir, hələ ki Azərbaycan ədəbiyatında "Bir yağışlı nəğmə" kitabının analoqu yoxdur. Və çox güman ki olmayacaq da. Bu gün Ramiz Rövşən "Bir yağışlı nəğmə" kitabının şairi deyil. O, "Füzuli kitabının" şairidir.

Elə buna görə də min illik Azərbaycan ədəbiyyatı tarixində Ramiz Rövşənin şəxsində bir ədəbi qətl hadisəsi mövcuddur.

Bu qətldə biz hamımız, elə Ramiz Rövşənin özü də iştirak edib. Bu isə təkcə bizim, Ramiz Rövşənin, yaşadığımız dövrün deyil, həm də bütövlükdə Azərbaycan ədəbiyyatının, Azərbaycan xalqının faciəsidir.

1999

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG