Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:21

Sabirabadın mərkəzi suyun altındadır


Kür çayı Sabirabad rayonu ərazisində bəndi yarıb və rayon mərkəzi su altında qalıb. Rayon Fövqəladə Hallar Komissiyası sədrinin müavini, Mülki Müdafiə Qərargahının rəisi Vahid Abdullayev “Media forum” saytına bildirib ki, vəziyyət ağır olaraq qalır: “Əhali suyun qarşısını almaq üçün gecə saat 2-dən çayın sahilindədir. Kürün rayon mərkəzindən keçən hissəsində bənd yarılmışdı. Əhalinin və texnikanın köməyilə bəndi bir qədər bərpa etdik, təhlükənin qarşısı alındı”.

Vahid Abdullayevin sözlərinə görə, hazırda Minbaşı kəndi ərazisində bəndin yarılma təhlükəsi var. Xüsusən kəndlərdə vəziyyət çox ağırdır. Bu gün Kürün səviyyəsi yenidən 13 santimetr artıb. Rayonda 15-ə yaxın ev uçub.

XS
SM
MD
LG