Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

Britaniyada parlament seçkilərində mühafizəkarlar üstünlük əldə ediblər


Britaniyada parlament seçkisində təbliğat plakatı
Britaniyada parlament seçkisində təbliğat plakatı
Britaniyada dünən keçirilmiş parlament seçkilərinin mütləq qalibi yoxdur, amma yerlərin nisbi çoxluğunu müxalifətçi Mühafizəkarlar Partiyası alıb. Hazırda seçkilərinin nəticələri hesablanır. Bu anadək Mühafizəkarların 224, hakim Leyboristlərin 168, Liberal Demokratların isə 36 yer qazandığı təsdiqlənib. Mühafizəkarlar nisbətən çox yer qazansalar 650 yerlik parlamentdə mütləq çoxluğa sahib olmaq üçün onlara 326 mandat almaq lazım idi.

Exit-poll yerlərin çoxunun mühafizəkarların qazandığını, lakin bu çoxluğun mütləq qələbə üçün yetmədiyini göstərir. Bu o deməkdir ki, 1974-cü ildən bu yana ilk dəfə heç bir partiya Britaniya parlamentinə tam nəzarət edə bilməyəcək. Bu, həmçinin leyboristlərin 13 illik hakimiyyətinin sonu deməkdir. Mühafizəkarların lideri David Kameron bildirib ki, hakim partiya artıq hökumət olmaq üçün mandatını itirib.

Son 30 ildə ilk dəfədir ki, Britaniyada asılı parlament yaranır. Yəni, bir partiyanın təlkbaşına hökuməti formalaşdırması mümkün olmayacaq. Seçkinin rəsmi elan edilməsindən dərhal sonra hökuməti formalaşdırmaq üçün danışıqlar başlamalıdır. Rəsmi nəticələrin isə bugnünün sonunda elan ediləcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG