Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00
Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Maykl Edvardsın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 10-dan 18-dək Bakıda səfərdə olacaq. Səfər çərçivəsində nümayəndə heyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) görüşlər keçirəcək.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, görüşlərdə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üzrə əməkdaşlıq məsələlərinin, o cümlədən QKDK və Dünya Bankı tərəfindən birgə hazırlanan «Kapital bazarlarının modernləşdirilməsi» layihəsi üzrə ətraflı müzakirələrin aparılması planlaşdırılır.

Layihədə qiymətli kağızlar bazarının təşkilati və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazanın inkişafı istiqamətlərində aparılan islahatların həyata keçirilməsində komitəyə texniki yardımın göstərilməsi nəzərdə tutulur.

2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən «First İnisiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının hazırlanmasına texniki dəstək göstərilməsi barədə razılıq əldə olunub. Bu ilin aprel - iyul aylarında həyata keçiriləcək bu layihə çərçivəsində QKDK və beynəlxalq ekspertlər tərəfindən 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq. /ANSPRESS/

Günün bütün mövzuları

XS
SM
MD
LG