Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Norveçli jurnalist Bakıda saxlanılıb


Norveçli jurnalist Erlinq Borgen və onun operatoru Daq İnge Dahl mayın 6-da Bakıdakı Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti tərəfindən saxlanılıb.

Onlar yüklərin çox olduğunu bildiriblər.

30 dəqiqə sürən danışıqlardan sonra onlar çantanı hərəkət edən lentin üzərinə qoyublar.

Amma bunun səhvən olduğunu və yükün Norveçə yollandığını dreyiblər.

Jurnalist deyir ki, yükləri Norveçdə alsa da kameranın yaddaş kartı silinib və Eynulla Fətullayev haqqında Strasburq məhkəməsinin qərarı yoxa çıxıb.

Amma o bildirib ki, çəkilişin surətləri Osloda olduğundan tezliklə Eynulla Fətullayev haqqında şəkilən sənədli filmin montajına başlanacaq.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə onda bu barədə dəqiq məlumat olmadığını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG