Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:50

ABŞ prezidentinin müşaviri deyir ki, “demokratiya, ya təhlükəsizlik” düyünü yoxdur


ABŞ prezidentinin xüsusi müşaviri Michael McFaul

ABŞ prezidentinin xüsusi müşaviri Michael McFaul

“Mən pulların necə ödənilməsi, nə baş verdiyini aydınlaşdırmaq üçün istifadə edilə biləcək ABŞ qanunvericiliyi və başqa beynəlxalq sənədlərin siyahısını təqdim etdim”. Bunu ABŞ prezidentinin xüsusi müşaviri və Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktoru Michael McFaul Manas hərbi bazasına yanacaq satılmasında korrupsiya ittihamları barədə suala cavabında deyib. Qırğızıstanın müvəqqəti hökuməti keçmiş prezident Kurmanbek Bakiyevin oğlunun ABŞ-ın istifadə etdiyi Manas hərbi bazasına yanacaq satılmasında korrupsiya olması barədə ittihamlar səsələndirib.

Bugünlərdə Bişkekdə səfərdə olan Michael McFaul AzadliqRadiosunun qırğız redaksiyasına müsahibəsində bildirib ki, onlar Qırğızıstandakı bütün fəaliyyətlərində, o cümlədən də tranzit mərkəzində bütün ödəmələrin şəffaf olmasına çalışıblar: “Bəlkə də bu sahədə daha çox iş görə bilərdik. Gələcəkdə də istəyirik ki, internet səhifələri və müstəqil media vasitələri olsun ki, belə məlumatları birbaşa xalqa çatdıra bilək. Qırğız xalqı nəyə, nə qədər ödənildiyini bilsin. Hesab edirik ki, bu bizə də yaxşıdır, Qırğızıstan hökumətinə də, xalqına da.

Mənim səfərim zamanı müvəqqəti hökumətin təmsilçiləri ilə görüşlərimdə eşitdiyim konkret korrupsiya ittihamlarına gələndə, mən pulların necə ödənilməsi, nə baş verdiyini aydınlaşdırmaq üçün istifadə edilə biləcək ABŞ qanunvericiliyi və başqa beynəlxalq sənədlərin siyahısını təqdim etdim. Biz müvəqqəti hökumətlə əməkdaşlığa tam hazırıq”.

Michael McFaul ABŞ hökumətinin təhlükəsizlik maraqları naminə region ölkələrində insan haqlarının pozulmasına fikir verməməsi haqqında ittihamlara da cavb verib. O bildirib ki, ya təhlükəsizliyin, ya da demokratiyanın müdafiəsi kimi bir seçim etmək yanlışdır: Keçən aylar prezident Obama Nobel Mükafatının təqdimetmə mərasimi zamanı açıq-aşkar bildirdi ki, adamlar bizim ya təhlükəsizlik məsələlərini, ya da demokratik dəyərləri müdafiə etməyimizi tələb edirlər. O, bu cür seçimlə razı deyil. Prezident əmindir ki, bizim dəyərlərimizin müdafiə edilməsi, həm də bizim milli təhlükəsizlik maraqlarımıza uyğundur. Bu regionda, yaxud istənilən regionda demokratik hökumətlər ABŞ-ın sabit və uzunmüddətli tərəfdaşlarıdır.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG