Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41
«Salyanda camaatın evini, həyətini, əkin sahələrini basan yağıntılar nəticəsində artan Kür çayının suyu yox, Mingəçevir su anbarının suyudur».

Bu sözləri «İşdən sonar» proqramında 60 ilə qədər Bakıda və Moskvada su təchizatı sahəsində yüksək vəzifələrdə çalışmış mütəxəssis Ələsgər Yusifov söyləyib.

Onun sözlərinə görə, su anbarında çayın suyu vaxtında və düzgün tənzimlənsəydi, Kürətrafı rayonları, o cümlədən də Salyanı su basmazdı.

Ələsgər Yusifov deyir ki, Mingəçevir su anbarında suyun maksimum norması 72 metr olduğu halda, orada suyun hündürlüyünü 90 metrə qədər qaldırıblar. Bunun səbəbi isə ucuz və daha çox enerji almaq istəyidir. Nəticədə isə Kürün suyu dolub-daşır və sadə əhaliyə ziyan vurur.

«Azərenerji»nin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev isə şifahi olaraq deyilənlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, subasmanın Mingəçevir su anbarı ilə əlaqəsi yoxdur.

Canlı efirə qoşulan Salyan rayon sakinləri isə rayonda vəziyyətin kritik olduğunu bildiriblər.



NƏZƏR YETİR

FƏLAKƏT ZONASINDAN REPORTAJ

Şərhləri göstər

XS
SM
MD
LG