Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:54

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək


Azərbaycanda parlament seçkisi bu il noyabrın 7-də keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkisi 5 ildən bir, noyabr ayının birinci bazar günü keçirilir.

Bu il noyabr ayının 1-ci bazar günü isə ayın 7-nə təsadüf edir.

Seçki Məcəlləsinə görə, prosesə səsverməyə ən azı 75 gün qalmış start verilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG