Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

Dinçi qəzet generallara təzminat ödəyəcək


Türkiyədə kəskin islamçı mövqeyi ilə tanınan «Anadoluda vakit» qəzeti 312 generala təxminən 400 min dollar təzminat ödəyəcək.

«Doğan» Xəbər Agentliyinin məlumatına görə, Ankara məhkəməsi bu qərarı 25 avqust 2003-cü ildə «Anadoluda vakit» qəzetində çap edilən «Onbaşı ola bilməyəcək adamların general olduğu ölkə» məqaləsinə görə qəbul edib.

Məhkəməyə şikayət ərizəsi verən 312 general arasında 4 keçmiş qüvvə komandanı var. Generallardan hər biri qəzetdən bu günkü məzənnə ilə təxminən 1350 ABŞ dolları təzminat istəyib.Təzminatın 25 avqust 2003-cü ildən bəri olan faizi isə ayrıca hesablanacaq.

AKP iqtidarının dəstəkçisi olan «Anadoluda vakit» qəzeti türk ordusuna qarşı sərt mövqeyi ilə də tanınır.

90-cı illərdə «Akit» adı ilə çıxan qəzet məhkəmənin qərarı ilə qapadılandan sonra 10 ildən bəri «Anadoluda vakit» adı altında çıxır. Ordu mənsublarının şikayəti nəticəsində «Anadoluda vakit» qəzetinin yazarları dəfələrlə təzminat ödəməyə məhkum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG