Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Vətəndaşlığı olmayanlar Azərbaycan ordusunda


Azərbaycan sülhməramlıları İraqda, 3 dekabr 2008

Azərbaycan sülhməramlıları İraqda, 3 dekabr 2008

«1993-cü ildən İsmayıllı rayonunda qeydiyyata düşmüşəm. Hazırda da İsmayıllı rayonunda yaşayıram. Oğlumu burdan əsgərliyə aparıblar. Beşinci aydır əsgərdir. Miqrasiya xidməti deyir ki, guya bu uşaq buranın vətəndaşı deyil. Rəhmətlik anasının da vətəndaşlığı, qeydiyyatı olub, mənim özümün də şəxsiyyət vəsiqəm var, vətəndaşlığım var, qeydiyyatım var. Uşağım burda oxuyub, burdan da əsgər gedib. Vətəndaş deyilsə, niyə aparıblar əsgərliyə?»

«YA HƏRBİ XİDMƏTDƏN GERİ ÇAĞIRSINLAR, YA DA VƏTƏNDAŞLIQ VERSİNLƏR»

Bunu İsmayıllı rayonunun Ruşan kənd sakini Abdurrəhman Süleymanov deyir. Deyir, oğlu Asim Süleymanov 1991-ci ildə Gürcüstanın Dmanisi rayonunun Dağ-Arxlı kəndində anadan olub. 2 il sonra valideynləri ilə birlikdə İsmayıllının Ruşan kəndinə köçüb. 2009-cu ildə Asim həmin kəndin orta məktəbini bitirib. Lakin şəxsiyyət vəsiqəsi əldə etmək üçün İsmayıllı rayon polis idarəsinin şəxsiyyət vəsiqəsi verən müvafiq şöbəsinə müraciət edərkən ona deyiblər ki, sən Azərbaycan vətəndaşı deyilsən. 5 ay əvvəl Asim həqiqi hərbi xidmətə çağırılanda atası Abdurrəhman Süleymanov Müdafiə Nazirliyinə müraciət edib ki, oğlum Azərbaycan vətəndaşı kimi tanınmadığına görə hərbi xidmətə aparıla bilməz. Buna baxmayaraq artıq 5 aydır ki, Asim Bakıdakı hərbi hissələrdən birində qulluq edir.

«Prezidentə müraciət etdik, cavab gəldi ki, əgər valideynlərdən biri Azərbaycan vətəndaşıdırsa, onların övladı da Azərbaycan vətəndaşı hesab olunur. Miqrasiya Xidməti isə deyir ki, oğlunuz Azərbaycan vətəndaşı deyil».

Abdurəhman Süleymanov deyir ki, oğlu Azərbaycan vətəndaşı deyilsə, o zaman hərbi xidmətdən geri çağırılsın. Kompensasiyası da qəpiyinəcən ödənilsin. Vətəndaşdırsa, vətəndaşlığını
Hərbçilər referendumda səs verirlər, 18 mart 2009
təsdiqləyən sənəd versinlər.

VƏTƏNDAŞLIĞI OLMAYANA AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ BİLETİ VERİLİB

Bakının Suraxanı rayonunda yaşayan 20 yaşlı Cəlal İsayev də Gürcüstanın Dmanisi rayonundan Bakıya 90-cı illərin əvvəlində valideynləri ilə birlikdə köçüb. Artıq hərbi xidmətini də başa vurub. Cibində Azərbaycan Respublikasının hərbi biletini gəzdirir. Ancaq ona şəxsiyyət vəsiqəsi verilmir. Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətlərinə rəsmi cavab alıb ki, siz Azərbaycan vətəndaşı deyilsiniz. Cəlal İsayevin ailəsində şəxsiyyət vəsiqəsi almayan təkcə odur. Ailənin digər üzvləri çoxdan vətəndaşlığa qəbul ediliblər. Cəlal İsayevin nümayəndəsi Vahid Mühacirov danışır: «Atasının, anasının, iki əkiz qardaşının şəxsiyyət vəsiqəsi var, Cəlal əsgərliyə gedib qayıdıb, indi şəxsiyyət vəsiqəsi vermirlər. Rəsmi şəkildə cavab verirlər ki, siz Azərbaycan Respublikasının vətəndaşı deyilsiniz. Hərbi bileti var, Suraxanı rayonunun Hərbi Komissarlığında da qeydiyyatdadır, hərbi komissarlıqda qeydiyyatdadır, ancaq Azərbaycan Respublikasının vətəndaşı deyil».

Daxili İşlər Nazirliyindən Ehsan Zahidov vətəndaşlıq almaq üçün proseduru izah edir:

«Əgər Azərbaycan vətəndaşı olmaq istəyirlərsə, cənab prezidentin adına müraciət edirlər. Azərbaycan vətəndaşlığı almaq istəklərini bildirirlər, onların müraciətini verirlər Dövlət Miqrasiya Xidmətinə, Dövlət Miqrasiya Xidməti verir Prezident Aparatında bu işlərə baxan komissiyaya. Komissiyada baxılır, əgər məqsədə müvafiqdirsə, prezidentin bununla əlaqədar sərəncamı dərc olunur ki, filankəs Azərbaycan vətəndaşlığına qəbul edilsin. Sonra onu aparıb vermək lazımdır dövlət miqrasiya xidmətinə,
Əlövsət Əliyev
Dövlət Miqrasiya Xidməti şəxsiyyət vəsiqəsi verən qurumlara müraciət edir ki, bu adama şəxsiyyət vəsiqəsi vermək olar. Şəxsiyyət vəsiqəsi verən icraçıdı, o əmrə tabedir, ona deyirlər ver, ya vermə».

«MTN-DƏ İŞLƏYİB, İNDİ DEYİRLƏR SƏN AZƏRBAYCAN VƏTƏNDAŞI DEYİLSƏN»

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, mərkəzə hər gün belə müraciətlər olur:

«Hazırda biri də oturub yanımda. Milli Təhlükəsizlik Nazirliyində işləyib. Ancaq indi deyirlər sən Azərbaycan vətəndaşı deyilsən. Biri var, 1992-ci ildən Azərbaycanda yaşayır. Azərbaycan ordusunda zabit kimi xidmət edib. Kosovoya gedən əsgərlərin sırasında olub. Ötən il təqaüdə çıxıb. Deyirlər sən Azərbaycan vətəndaşı deyilsən. Azərbaycan Respublikasının Konstitusiyası o cür şəxsləri Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır».

Əlövsət Əliyev deyir ki, vətəndaşlıq ala bilməyənlər məhkəməyə müraciət etməlidirlər.

Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyevin məsələ ilə bağlı mediada getmiş mövqeyi isə bundan ibarətdir:

«Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə görə, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçməlidir».

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Zərnişan Ağayeva AzadlıqRadiosuna bildirib ki, adları çəkilən şəxslər vətəndaşlıqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət ediblər və onlara rəsmi cavab verilib.

Şərhləri göstər

XS
SM
MD
LG