Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Britaniyada mühavizəkarlar leyboristləri qabaqlayır


Bu gün böyük Britaniyada parlament seçkiləri keçirilir.

Əsas mübarizə hakimiyyətdə olan Leyborist, Liberal Demokrat və müxalifətdə olan Mühavizəkar partiyaları arasında gedir.

Mühavizəkar partiyasının lideri Deyvid Kameron əhalini dəyişiklik üçün onlara səs verməyə çağırıb.

İctimai rəy sorğularına görə mühavizəkarlar 35-37 faiz səslə irəlidə gedir.

Leyborist və Liberal Demokrat partiyaları isə təxminən eyni 28 faizə yaxın dəstək qazanıb.

Əgər bu partiyalardan heç biri qalib gələ bilməsə onda Britaniyada uzun illərdən bu yana ilk dəfə olaraq koalision hökumət yaratmaq lazım gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG