Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:31

İlham Əliyev 10 yaşlı məktəbliyə kompüter hədiyyə edib


Azərbaycan prezidenti İlham Əliyev 10 yaşlı məktəbliyə kompüter hədiyyə edib.

APA-nın məlumatına görə, Qaradağ rayonu Ələt qəsəbəsi, hərbi şəhərcikdə yaşayan, 10 may 2000-ci ildə anadan olmuş 4-cü sinif şagirdi İbayev Murad Elçin oğlu prezident İlham Əliyevə təbrik məktubu yazıb, mayın 10-da 10 yaşının tamam olması münasibətilə ona kompüter hədiyyə olunmasını xahiş edib. M. İbayevin məktubunda deyilir:

«Cənab prezident! Bu təbrik məktubunu Sizə 10 may – ümummilli liderimizin doğum günü münasibətilə ünvanlayıram. Qeyd etmək istəyirəm ki, gözəl insan, uşaqların gələcəyinin, bilik səviyyəsinin təməlini qoymuş insanla biz uşaqlar fəxr edirik. Valideynlərim və müəllimlərim mənə dahi şəxsiyyətin biz uşaqlara müstəsna münasibəti barədə söhbət edəndə böyük varlığı itirməyimizdən kədər hissi keçirirəm. Amma təsəlliverici amil odur ki, dahi insanın Sizin kimi oğlu var. Sevindirici hallardan biri də odur ki, mayın 10-da bizim ailədə mənim ad günüm keçiriləcək. Sizdən xahiş edirəm ki, bilik səviyyəmi artırmaq üçün mənə kompüter hədiyyə edəsiniz. Sizi bir daha 10 may – ümummilli liderimizin doğum günü münasibətilə İbayevlər ailəsi adından təbrik edir, Sizə uzun ömür, can sağlığı arzu edirəm».

Ölkə başçısı məktuba cavab olaraq 10 yaşlı Murad İbayevə son model kompüter hədiyyə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG