Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

«Lanset» klinikasının əməkdaşları sərbəst buraxılıb


«Lanset» cərrahlıq klinikası

«Lanset» cərrahlıq klinikası

«Lanset» cərrahlıq klinikasının üç nəfər əməkdaşı sərbəst buraxılıb.

Mayın 5-də onlar Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdılar.

Klinikanın təsisçisi Fərman Ceyranovun AzadlıqRadiosuna verdiyi məlumata görə, idarədə onlardan izahat alınıb, sənədləşmə və maliyyə məsələləri ilə bağlı suallar verilib.

Mayın 5-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən «Lanset» cərrahlıq klinikasında yoxlama aparılıb.

Yoxlamadan sonra klinikanın baş həkimi, mühasibi və qeydiyyat şöbəsinin bir əməkdaşı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG