Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

«Lanset» klinikasının əməkdaşları sərbəst buraxılıb


«Lanset» Cərrahlıq Klinikasının üç nəfər əməkdaşı sərbəst buraxılıb.

Mayın 5-də onlar Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdılar.

Klinikanın təsisçisi Fərman Ceyranovun AzadlıqRadiosuna verdiyi məlumata görə idarədə onlardan izahat alınıb, sənədləşmə və maliyyə məsələləri ilə bağlı suallar verilib.

Mayın 5-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən «Lanset» Cərrahlıq Klinikasında yoxlama aparılıb.

Yoxlamadan sonra Klinikanın baş həkimi, mühasibi və qeydiyyat şöbəsinin bir əməkdaşı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG