Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Yunanıstan parlamenti xərclərini azaldılması planını səsə qoyur


Mayın 6-da Yunanıstan parlamenti büdcə xərclərini azaltmaq planına səs verəcək. Dünən paytaxt Afinada plan əleyihinə nümayişdə toqquşma olub, 3 nəfər ölüb.

Layihənin parlamentdən asanlıqla keçəcəyi gözlənilir, belə ki, sosialist hökumət partlamentdə üstünlükdədir.

Mayın 5-də on minlərlə adam küçələrə axışaraq Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi ölkələrinin tələbi ilə büdcə xərclərinin, o cümlədən sosial xərclərin azaldılması planına etiraz ediblər. Polislə toqquşma olub. Onlarla adam, o cümlədən polis xəsarət alıb.

Beynəlxalq ictimaiyyət Yunanıstana 110 milyard avroluq yardımın əvəzində bu tələbi irəli sürüb.
XS
SM
MD
LG