Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:22

Türkiyə ilə Azərbaycan bu yaxınlarda qaz sazişi bağlayacaq


Türkiyə ilə Azərbaycan arasında qaz danışıqları başa çatıb, bu yaxınlarda saziş imzalanacaq. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev belə deyib.

«AzərTAc»ın məlumatına görə nazir bildirib ki, iki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir: «Qaz danışıqları başa çatıb, bu yaxınlarda müvafiq saziş imzalanacaq».

N. Əliyev bildirib ki, Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunu da artırıb. 500-ə yaxın şirkət Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG