Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

Amerikalı diplomat İsrail rəhbərliyi ilə görüşür


ABŞ-ın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitşel İsrailin baş naziri ilə görüşüb.

Mayın 5-də Benyamin Netanyahu ilə İsrail-Fələstin sülh danışıqlarının bərpası yolları müzakirə edilib. Bu gün Mitçel yenidən Netanyahu ilə görüşəcək.

Dövlət Departamenti danışıqların «yaxşı və məhsuldar» keçdiyini bildirib.

ABŞ diplomatının Fələstin muxtariyyatının prezidenti Mahmud Abbasla da görüşəcəyi gözlənilir.

Fələstin danışıqların bərpası üçün İsrailin Şərqi Qüdsdə yaşayış məntəqələrin tikintisini dayandırmağı tələb edir. İsrail imtina edir.
XS
SM
MD
LG