Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Ərdoğan Bakıya gələcək


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində Konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr bitən kimi Gürcüstan və Azərbaycana gələcək.

APA-nın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, Ərdoğan əvvəlcə Gürcustana Batumiyə, ordan isə Bakıya gələcək.

Səfər zamanı Ərdoğanın Vaşinqtonda Ermənistan prezidenti ilə apardığı danışıqlar, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Diplomatik mənbələrin məlumatına görə Ərdoğan Azərbaycana mayın 16-da gələcək.

Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması da nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG