Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

Talibançılar hökumət binalarına hücum edib


Talibançılar Əfqanıstanın Himroz şəhərində hökumət binalarına hücum ediblər.

Əyalətin qubernatoru Qulam Dastaqir Azadın sözlərinə görə bir neçə intiharçı özlərini onun iqamətgahı qarşısında partladıb, bundan sonra isə yaraqlılar mühavizəçilərlə atışmağa başlayıblar.

Eyni vaxtda yerli məclis və məhkəmənin binalarına da hücum edilib.

Şahidlərin sözlərinə görə şəhərdə azı 7 partlayış törədilib.

İlkin məlumatlarda 1 deputat və polis də daxil olmaqla azı 3 adamın öldüyü, 11 nəfərinsə yaralandığı bildirilir.

Yaraqlıların nə qədər itki verdiyi bəlli deyil.

Hücum dəf edilib.
XS
SM
MD
LG