Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Afinada baş vermiş hərc-mərclikdə 3 adam ölüb


Yunanıstanın paytaxtı Afinadakı banklardan birində baş vermiş yanğında 3 adam ölüb.

Naməlum adamlar şəhərin mərkəzində baş vermiş hərc-mərclik zamanı bankın içərisinə yandırıcı bomba atıblar.

Polis bundan əvvəl parlament binasına soxulmaq istəyən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hazırda Yunanıstanda hökumətin iqtisadi planına etiraz olaraq ümummilli tətil keçirilir. Bu planda Yunanıstana beynəlxalq iqtisadi yardım əvəzində dövlət xərclərinin ixtisarı nəzərdə tutulur.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondu Yunanıstanın borc böhranından çıxması üçün ona ümumilikdə 110 milyard avro yardım ayırıblar.
XS
SM
MD
LG