Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Şairlər Bakıya nə qazandırır, bəs Bakı şairlərə?


Adil Mirseyid
Adil Mirseyid
«Mən şairlərdən daha çox, rəssamlar arasında rahatam. Buna səbəb mənim rəssamlıq təhsili almağım, rəssam olmağım deyil. Səbəb odur ki, orada daha demokratik mühit, bir-birinin uğuruna daha çox sevinənlər görürəm».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan şair Adil Mirseyid söylədi.

Aparıcının «Niyə az-az görünürsünüz» sualını cavablayan şair bunu ictimai adam olmadığı ilə izah etdi:

«Məsələn, mən yüz adama deyil, iki adama şeir oxumaqdan ləzzət alıram».

Həmişə böyük, saxta, qrafoman məclislərdən qaçdığını bildirən qonağımız «Bu saat qrafomaniya baş alıb gedir, rəssamlıqda da, ədəbiyyatda da, musiqidə də, elmdə də. O üzdən mən yaxın dostlarımın emalatxanalarında özümü çox rahat hiss edirəm»-dedi.

Adil Mirseyid rəssamlar arasında şairlərin hər zaman olduğunu söylədi.

«Mikelanjelo da şeir yazırmış. Mən onun rusca şeirlərini oxumuşam-A.Voznesenskinin tərcüməsində. Pikassonun hətta şeirlər kitabı var. Salvador Dalini zamanında Lorka gələcəyin böyük şairi kimi təqdim etmişdi».

Orta əsrlər Çin və yapon mədəniyyətində rəsmlə poeziyanın sintezi olan hayka janrının olduğunu deyən Adil Mirseyid əlavə etdi:

«Busson, İssa və b. yapon şairləri eyni zamanda həm rəssam idilər. Həm də samuray».

ŞAİRLƏR ƏYALƏTDƏ DOĞULUB, PARİSDƏ ÖLÜRLƏR…

Qonağımız uşaqlıq xatirələrini də bölüşdü. Rəssamlığın, şairliyin lap kiçikkən - heç əlifba bilməyən vaxtda onda necə doğduğunun tarixçəsini danışdı. Fransızların «Şairlər əyalətdə doğulub Parisdə ölürlər» fikrini misal gətirdi:

«XX əsrdə bu belə oldu. Ancaq bir az geri getsək, məsələn, Şuşada vaxtilə Vaqif vardı, Şamaxıda Mİrzə Ələkbər. Yəni poetik mərkəzlər ölkə boyu idi. Fransada da belə idi, Türkiyədə də. Sonra urbanizasiya baş verdi. Mərkəzə yığışma başladı».

MƏN ŞƏHƏRLƏRİ ŞAİRLƏRİ İLƏ SEVİRƏM!


Adil Mirseyid bir şəhərin adını eşidən kimi, onu hökmdarlarıyla, merləriylə yox, orda yaşayan şairləriylə assosiasiya etdiyini deyir

«Şairlər yaşadıqları şəhərə oxşayırlar».

Tanıdığı şairlərin çoxunun urbanizasiyanı qəbul etmədiyini deyən qonağımız urbanist poeziyadan danışdı, hələ 1993-cü ildə yazıçı Anarın «Azadlıq» qəzetində yazdığı bir məqalədə onu urbanist şair adlandırdığını söylədi.

80-ci illərdən başlayaraq bütün dünyada şəhərləşməyə meyl artanda, meqapolislər meydana gələndə, metropol şairlər də yarandı – «Çağdaş poeziya əslində metropol kültüründən gəlib».

BİZİM ŞAİRLƏR GÖYDƏLƏNLƏR KÖLGƏSİNDƏ SOLAN AĞACLAR KİMİDİR…


Həmin ağacların içindən birdən yovşan qoxusu gəldiyini deyən qonağımız, bu şairlərin yurd həsrətli nostalji şeirlər yazdıqlarını söylədi. Özünün belə hisslərdən uzaq olduğunu dedi. Həmin şairlərin yaşadıqları şəhəri sevmədiyini, ona…

ÖGEY ANA

kimi baxdıqlarını dilə gətirdi…Amma Bakının da şairlərini ögey ana kimi sevdiyini etiraf etdi… «Çünki mədəniyyətlər yaddır».

BAKI UNİKAL YERDİR, İLLAH DA ABŞERON, İÇƏRİŞƏHƏR!

Bu yerlərin yaradıcılıq üçün çox münasib olduğunu deyən A.Mirseyid dünya şəhərləri içərisində də belə məkanların varlığını təsdiqləyir. Parisdə Monmartr, Monparnas, İtaliyada Venesiya və s.:

«O auradan insanlar düzgün istifadə etməlidirlər. Hayıf ki, indi bizim İçərişəhər darmadağındır, harmoniyası itib. Parisdəki Lion vağzalının 200 ildir dəyişməyib. Amma Bakıda o yoxdur. 20 il əvvəl Bakıya dəmiryolu ilə gələn indi gəlsə, hansı şəhərə gəldiyini bilməz. Bu da pisdir».

--Rəssam Adil Mirseyid ən çox hansı çiçəyin natürmortunu çəkir?
--O yazıçı dostu Afaq Məsudun ad günüdə hansı çiçəyin natürmortunu Sahil bağından xəlvəti qırıb-işləyib-hətta yolda bir şeir də yazıb-bağışlayıb?
--Sevgidən başqa heç nə yazmayan şair onu sevgidən yazmamaqda günahlandıran bir xanım oxucusuna özünün hansı misraları ilə cavab verib?
--Adil Mirseyid alman Kirxasına niyə gedir?
--Onun ən sevdiyi musiqiçi—kumiri kimdir?
--Kumirinin səsini «Can Bakı»da eşidən Adil Mirseyid cümləsini niyə tamamlaya bilmədi?
--Adil Mirseyid İçərişəhəri kimlərə verməyi təklif etdi?
--Saray şairlərinə nə dedi?
--Neçə il öncə «İşim yox, ağzımda dişim yox, sənin nəyin çatmır, atəşböcəyi» deyən şair yenə işsiz və dişsizdirmi?
--Sərgi açmaq istəyən rəssama Mədəniyyət Nazirliyinə müraciətdən 4 ay sonra sonra nə cavab verildi?

XS
SM
MD
LG