Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:49

«Lanset» özəl klinikasının baş həkimi və daha iki əməkdaşı saxlanılıb



Mayın 5-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının «Lanset» cərrahı klinikasında apardığı yoxlamalar başa çatıb.

Klinikanın təsisçisi və baş direktoru Fərman Ceyranovun verdiyi məlumata görə, araşdırmaların sonunda klinikanın baş həkimi, mühasibi və qeydiyyat şöbəsinin bir əməkdaşı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

***


Mayın 5-də saat 11 radələrindən başlayaraq «Lanset» Cərrahlıq Klinikasına DİN Baş Mütəşəkkil Cuinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib.

Onlar klinikadakı kompüterlərin yaddaşını, maliyyə sənədlərini yoxlayırlar.

Klinikanın baş direktoru Fərman Ceyranov AzadlıqRadiosuna bildirib ki, yoxlamanı aparanlar ona yoxlamanın məqsədi barədə heç nə demirlər.

DİN Baş Mütəşəkkil Cuinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə əməkdaşımıza məlumat verməkdən imtina ediblər.

Hazırda klinikada yoxlamalar davam edir. Klinikaya gələn xəstələrə xidmət göstərmək mümkün deyil.

F. Ceyranov deyir ki, qəfil yoxlama bir neçə cərrahiyyə əməliyyatının keçirilməsinə əngəl yaradıb. O. hesab edir ki, bu yoxlamalar hansısa xof yaratmaq məqsədi güdür.

Klinikanın baş direktoru belə yoxlamaların prezidentin bu yaxınlarda verdiyi göstərişinə zidd olduğunu deyir. Onun fikrincə, özəl müəssisələrin bu şəkildə yoxlanması onların fəaliyyətinə mane olur.

Fərman Ceyranovun sözlərinə görə, «Lanset» Cərrahlıq Klinikası 6 ildir fəaliyyət göstərir. Klinikanın baş direktoru aparılan yoxlama ilə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib.
XS
SM
MD
LG