Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:31
Dünyada ən populyar İnternet-axtarış sisteminə malik “Google” şirkəti tezliklə elektron kitabların satışına başlayacaq.

Şirkət bəyan edib ki, insanlar həmin kitabları İnternetlə bağlı istənilən qurğuda, o cümlədən fərdi kompüterdə, mobil telefonda, smartfonda, iPadda, e-kitab oxuma qurğusunda oxuya biləcəklər.

Bu satış elektron kitabların müəlliflik hüquqlarına malik nəşriyyatların icazəsi isə həyata keçiriləcək.

Qərargahı Kaliforniyada yeləşən “Google” nəşriyyatları əməkdaşlığa – on-line mütaliə üçün kitab satmağa çağırıb.

Amma satışa çıxarılacaq kitablar “Google”un bütün dünyada qalmaqala səbəb olmuş dünya kitabxanası layihəsinə daxil deyil.

“Google” şirkətinin bu təşəbbüsü elektron kitab bazarında rəqabətin daha da artması, bazara daha bir nəhəngin daxil olması deməkdir.

Artıq “Apple” və “Amazon” kimi nəhəng şirkətlər özlərinin e-kitab dükanlarını açıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG