Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Sahibkar Nəqliyyat nazirliyi qarşısında aksiya keçirib


Metronun 28 may stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan bir qrup sahibkar mayın 5-də Nəqliyyat Nazirliyi qarşısında aksiya keçirib.

Sahibkarların dediyinə görə nazirliyin balansında olan yeraltı ticarət mərkəzi təmirdən çıxandan sonra onlar 10-a yaxın mağazanı icarəyə götürərək işlədib. Amma sonradan mağazalar əlindən alınıb.

Sahibkarların iddiasına görə indi ZQAN Holdinqin icarəsində olan mağazaları bazar qiymətlərinə başqa adamlara satmaq istəyirlər.

Sahibkarlar Nəqliyyat Nazirliyindən sonra ZQAN Holdinqin qarşısında aksiya keçirəcəklərini bildirirlər. Sahibkarlar deyir ki, mağazalar onlara qaytarılmasa aclıq aksiyasına başlayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG