Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

Bakı Ümumdünya Dialoq Paytaxtı elan ediləcək


Bakı Ümumdünya Dialoq Paytaxtı elan ediləcək. Bu barədə xüsusi proqram hazırlanması Parisdə YUNESKO-nun mənzil-iqamətgahında 2011-ci ildə Bakıda keçiriləcək «Ümumdünya mədəniyyətlərarası dialoq forumu»na həsr olunmuş işçi qrupunun toplantısında tövsiyə olunub.

YUNESKO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın nümayəndələrinin iştirak etdiyi yığıncaqda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Fransadakı səfirliyin, YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliyin əməkdaşları təmsil ediblər.

Toplantıda foruma hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb. YUNESKO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın nümayəndələri forumla bağlı hansı mövzulardan bəhs olunacağı ilə əlaqədar öz təkliflərini bildiriblər.

Nazir müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Azərbaycan hökuməti foruma hazırlıq istiqamətdə artıq konkret addımlar atır.

İşçi qrupunun növbəti yığıncağı bu ilin sentyabrında Parisdə keçiriləcək. /ANSPRESS/
XS
SM
MD
LG