Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:41

Obama baş tutmayan terror aktını xəbərdarlıq sayır


ABŞ Prezidenti Barak Obama deyib ki, NyuYorkda terror aktına cəhd ayıldıcı xəbərdarlıq siqnalıdır. Və bugünkü təhlükəsizlik durumunun nə qədər gərgin olduğunu göstərir.

Obama Nyu-Yorkun Tayms meydanında maşınında boma partlatmağa cəhd eləmək ittihamıyla bir nəfər həbsini şərh edərkən belə deyib.

Baş Prokuror Erik Holderin verdiyi məlumata görə, həbs edilən şəxs – Feysəl Şahzad əslən Pakistandan olan ABŞ vətəndaşıdır.

Şahzad Nyu-Yorkdakı Kennedi hava limanında Dubaya uçan təyyarəyə minərkən yaxalanıb. Prokurorluq istintaqı “terror aktına cəhd” ittihamıyla davam etdiyini bildirib.

Federal Təhlükəsizlik Bürosu həbs edilənsin bomba yerlədirilən maşını ötən Şənbə günü Tayms meydanına sürməkdə ittiham olunur.

ABŞ Mətbuatı bu arada bir nəfər şəxsin də olayla bağlı Pakistanda həbs edildiyini bildirirlər.
XS
SM
MD
LG