Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10
«Kürdə suyun artımı davam edir və edəcək». Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev «İşdən sonra» proqramında belə deyib.

Belə halın son yeddi ildə ilk dəfə olduğunu söyləyən hidroloq, hələ aprelin əvvəlində Kür çayında sululuğun artacağı barədə proqnoz verdiklərini və aidiyyati qurumlara göndərildiyini bildirib.

Verilişə telefonla qoşulan Kürətrafi rayonların sakinləri rayonlarda vəziyyətin təhlükəli olduğunu bildiriblər.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov isə ən təhlükəli ayların may və iyun olduğunu bildirib. Onun sözlərinə görə, subasmanın qarşısını almaq üçün hər il yaz aylarında Kürün məcrası təmizlənməlidir.

Salyan, may 2010
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyeva hələ bir neçə gün bundan əvvəl havaların yağmurlu və leysan xarakterli olduğunu aidiyyəti qurumlara və ictimaiyyətə açıqlandığını bildirdi. İntensiv yağıntı olmasa da, gecə saatlarında hələ yağış yağacağını söyləyən hidrometeoroloq çaylarda hələ də sululuğun artacağını bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri Sabir Vəliyev isə subasma nəticəsində taxıl əkininə və pambıqçılığa ziyan dəydiyini bildirib. Havaların yağmurlu keçməsi nəticəsində meyvəçiliyə də ziyan dəydiyini söyləyən S.Vəliyev bunun aradan qaldırılması üçün işlər aparıldığını diqqətə çatdırıb.



/Hazırladı Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG