Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Elçin Behbudov: «Dövlət işgəncə faktlarının azaldılmasında maraqlı deyil»


Müzəffər Baxışov
Müzəffər Baxışov
Azərbaycanda son vaxtlar işgəncə faktlarının sayı artıb.

Bunu Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov «İşdən sonra» proqramında söyləyib. Onun sözlərinə görə, işgəncə faktları bağlı qalır və ictimaiyyətə bu barədə məlumat verilmir.

M.Baxışovun sözlərinə görə, bəzən zərərçəkmişlər və saxlanılmış şəxslərlə bərabər Azərbaycanda şahid qismində dindirilənlərə də işgəncə verilir.

İşgəncə Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə deyir ki, ilbəil işgəncələrə dair müraciətlərin sayı artmaqdadır. Onun sözlərinə görə, dövlət işgəncə faktlarının azaldılmasında maraqlı deyil.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə işgəncə faktının Azərbaycanın cinayət qanunvericiliyinə zidd olduğunu diqqətə çatdıraraq, elə ciddi faktların olmadığını bildirib.



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG