Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31

Yaxın günlərdə Kürün səviyyəsi artmaqda davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AzadlıqRadiosuna bildirib ki, Kürün səviyyəsi sonuncu dəfə bu qədər 2003-cü ildə artıb.

Mayın 1-dən başlayaraq respublika ərazisində yağan leysan yağışları nəticəsində çayların suyu kəskin artıb, dağ çaylarında qısa müddətli daşqınlar olub.

Asif Verdiyev bildirir ki, mayın 1-dən 4-nə qədər Kür çayının Zərdab məntəqəsi ərazisində suyun səviyyəsi 36 sm, Şirvan rayonunda 54 sm, Salyanda 43 sm, Neftçala rayonun Bankə məntəqəsində 23 sm artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində də artım müşahidə olunub.
XS
SM
MD
LG