Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:28
Azərbaycan şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Gürcüstan prezidenti Mixail Saakaşvilinin imzaladığı sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif olunub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, orden bu gün Tiflisdə keçirilən tədbirdə Gürcüstanın Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze tərəfindən Zəlimxan Yaquba təqdim edilib.

Gürcüstan prezidenti ordeni Z. Yaquba "Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə" verib.

Xalq şairi Zəlimxan Yaqub əslən Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsindəndir.

Zəlimxan Yaqubun bu günlərdə 60 illik yubileyi qeyd olunur. Bununla bağlı Gürcüstanda da bir sıra yubiley tədbirləri keçirilir.

Şair artıq Azərbaycanda bu adda orden alıb. "Şöhrət" ordenini ona mərhum prezident Heydər Əliyev vermişdi.

Hazırkı prezident İlham Əliyev isə Z.Yaqubu “Şərəf” ordeni ilə təltif edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG