Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33

Beynəlxalq qurumlar Fətullayevin məhkəməsini izləyir


«Gündəlik Azərbaycan» və «Realnıy Azərbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin mayın 4-də keçirilən məhkəməsində şahidlərin dindirilməsi davam edib.

12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov ötən il dekabrın 28-də keçirilmiş narkotika əməliyyatı barədə məlumat verib. Müvəkkil İfadəsində deyib ki, əməliyyat müəssisə rəisinin qərarı əsasında olub. 5 məhkumun narkotik maddə saxlaması barədə agentura məlumatı daxil olub. Həmin məhkumlardan biri də Eynulla Fətullayev olub.

Müəssisənin təsərrüfat şöbəsinin böyük mütəxəssisi Şahmurad Sultanov prosesdə hal şahidi kimi dindirilib. Onun sözlərinə görə, dekabrın 28-də Eynulla Fətullayevin gödəkçəsində və ayaqqabılarında bükülü tapılıb.

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov soruşub ki, əgər əməliyyat vaxtı heroin tapılıbsa, niyə çəkilməyib. Əməliyyat müvəkkili Eldar İsmayılov bildirib ki, heroini çəkmək üçün onlarda cihaz olmadığı üçün bunu edə bilməyiblər.

Məhkəmə prosesində ATƏT-in, ABŞ, Norveç səfirliklərinin nümayəndələri iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG