Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Dünya Mətbuat Azadlığı Komitəsi Eynulla Fətullayevin azad olunmasını tələb edir


Dünya Mətbuat Azadlığı Komitəsi prezident İlham Əliyevə müraciət edib. Komitənin sədi Riçard Uinfildin imzaladığı müraciətdə deyilir ki, Dünya Mətbuat Azadlığı Komitəsi dünyanın hər yerindən 45 mətbuat azadlığı qrupunu təmsil edən bir təşkilat kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dəstək olaraq Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını tələb edir.

Riçard Uinfild bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi yerli məhkəmənin qərarının Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə istintaqı və təqsirsizlik prezumpsiyası şərtlərinə zidd olduğunu da aşkar edib.

XS
SM
MD
LG