Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

ABŞ nüvə başlıqlarının sayını ictimaiyyətə açıqlayıb


ABŞ ilk dəfə nüvə başlıqlarının sayını ictimaiyyətə açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatların ümumilikdə 5113 nüvə başlığı var. Həmin məlumata əsasən, Amerika ən çox nüvə başlığına 1967-ci ildə malik olub – 31225 ədəd.

Vaşinqton Soyuq Müharibə dövründə nüvə arsenalını 84 faiz, Berlin Divarının çökməsindən sonra isə daha 75 faiz ixtisar edib.

Bu cür məlumatlar həmişə tam məxfi sayılıb. Lakin dövlət katibi Hillari Klintonun sözlərinə görə, silahlara nəzarət səyləri üçün beynəlxalq etimad mühiti yaratmaq baxımından şəffaflıq Amerikanın milli təhlükəsizlik maraqlarına uyğundur.

Günün bütün mövzuları

XS
SM
MD
LG