Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

Dünya çempionu "uduzmaq" üçün 400 min dollara razılaşıb? (VİDEO)


Ukraine -- John Higgins and his manager Pat Mooney, Kiev, 30Apr2010

Ukraine -- John Higgins and his manager Pat Mooney, Kiev, 30Apr2010

Bilyard üzrə üçqat dünya çempionu Con Higgins haqqında rüşvət iddiaları araşdırılına qədər bütün peşəkar oyunlardan kənarlaşdırldı. Britaniyada çap olunan “News of the World” qəzeti iddia edir ki, Con Higgins 400 min dollar pula bu ilin sonunda oyanancaq keçiriləcək yarışlarda dörd oyunda müxtəlif hissələrdə uduzmağa razılaşıb. Qəzetin əməkdaşları bugünlərdə Kiyev şəhərində otellərdən birində gizli kamera ilə bu sövdələşməni çəkib öz internet səhifələrinə də yerləşdiriblər.

34 yaşlı Con Higgins isə açıqlamasında deyib ki, 18 illik peşəkar idman həyatında bir dəfə də olsun “danışılmış oyunlar” fırıldağında iştirak etməyib: “Mənə böyük məbləğdə pula uduzmağı təklif edəndə çox qorxdum. Yalnız necəsə oteldən çıxış evimə qaçmağı düşünürdüm. Bilmirəm bu Rusiya mafiyasının, yaxud kimin təxribatıdır. O zaman mən yalnız bu adamlarla oyun oynayaraq yaxamı əllərindən qurtarmağa çalışırdım.”

Bu barədə daha ətraflı məlumat və “News of the World” qəzetinin əməkdaşlarının idmançı ilə sövdələşməsində çəkdikləri gizli video ilə "Korrupsiometr" saytında tanış olun.

Günün bütün mövzuları

XS
SM
MD
LG