Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Pekində uşağı girov götürəni snayper güllələyib


Pekində 5 yaşlı uşağı girov götürən kişini polis snayperi güllələyib.

Həmin kişi uşağı atasının əlindən alıb, tələb edirdi ki, polis onu internetdə tanış olduğu qadınla görüşdürsün.
Həmin qadın internetdə ünsiyyət saxlasa da əyani olaraq görüşmək istəmirmiş.

Polis girov götürəni dilə tutmağa çalışsa da, bu səylər nəticəsiz qalıb.

Çində son 6 həftədə uşaq bağçalarından və məktəblərdən uşaq oğurluğu ilə bağlı 5 qanlı hadisə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG