Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

Bilyard üzrə dünya çempionu "uduzmaq" üçün 400 min dollar istəyir? (VİDEO)


John Higgins

John Higgins


DÜNYA ÇEMPİONU "UDUZMAQ" ÜÇÜN 400 MİN DOLLAR İSTƏYİR?
Bilyard üzrə üçqat dünya çempionu Con Higgins haqqında rüşvət iddiaları araşdırılına qədər bütün peşəkar oyunlardan kənarlaşdırldı. Dünya Peşəkar Bilyard Assosiasiyası mayın 2-də bu barədə qərar verdiyini təsdiqləyib. İdmançının meneceri Pat Mooney də Assosiasiyanın İdarə heyətində tutduğu vəzifədən istefa verib.

Britaniyada çap olunan “News of the World” qəzeti iddia edir ki, Con Higgins 400 min dollar pula bu ilin sonunda oyanancaq keçiriləcək yarışlarda dörd oyunda müxtəlif hissələrdə uduzmağa razılaşıb. Qəzetin əməkdaşları bugünlərdə Kiyev şəhərində otellərdən birində gizli kamera ilə bu sövdələşməni çəkib öz internet səhifələrinə də yerləşdiriblər.

Bu məlumat yayılandan dərhal sonra Dünya Peşəkar Bilyard Assosiasiyası qərara gəlib ki, bu iddia araşdırılana qədər Con Higgins bütün peşəkar oyunlardan kənarlaşdırlsın.

Con Higgins isə bu cür sövdələşmədə iştirakını yalan adlandırır. 34 yaşlı idmançı açıqlamasında deyib ki, “həyatımın ən böyük sınağı qarşısındayam. Bu, Dünya Çempionatı deyil. Amma mənim nüfuzum üçün olduqca ciddi bir yarışdır.”

"BÖYÜK MƏBLƏĞDƏ PULA UDUZMAĞI TƏKLİF EDƏNDƏ QORXDUM"

O, bildirib ki, 18 illik peşəkar idman həyatında bir dəfə də olsun “danışılmış oyunlar” fırıldağında iştirak etməyib: “Mənə böyük məbləğdə pula uduzmağı təklif edəndə çox qorxdum. Yalnız necəsə oteldən çıxış evimə qaçmağı düşünürdüm. Bilmirəm bu Rusiya mafiyasının, yaxud kimin təxribatıdır. O zaman mən yalnız bu adamlarla oyun oynayaraq yaxamı əllərindən qurtarmağa çalışırdım.”

“News of the World” qəzetinin saytında yayılan qısa videoda üzü göstərilməyən jurnalistlərlə Con Higgins və meneceri Mooney uduzmaq xatirinə alacaqları pulun məbləğini müzakirə edirlər. Sonda da razılaşmalarını içki ilə qeyd edirlər. (Videonu mətnin sonunda izləyin.)

Dünya Peşəkar Bilyard Assosiasiyasının direktoru Barri Hearn BBC-yə deyir ki, Higgins onunla danışanda göz yaşlarını saxlaya bilmirmiş. Amma onu da əlavə edib ki, əgər bu iddialar doğru çıxsa, Higginsin bütün karyerası sual altına düşəcək: “Biz indi demirik ki, o, günahkardır. Amma bu elə məsələdir ki, o, mütləq həmin suallara cavab verməlidir”.

Qəzetin əməkdaşları isə bildirirlər ki, əksinə Higgins və onun meneceri sövdələşmə zamanı özlərini olduqca rahat aparırıdılar və videoda da göründüyü kimi onlara heç bir təzyiq edilmir. Jurnalistlər bu sövdələşmə üçün qəsdən özlərini başqa adamlar kimi təqdim ediblər.

“News of the World” qəzetinin əməkdaşlarının həmin sövdələşmədən çəkdikləri gizli video:

Şərhləri göstər

XS
SM
MD
LG