Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

Neft axıntısı misli görünməmiş fəlakətə səbəb ola bilər


Meksika körfəzində hələ də davam edən neft axıntısı ABŞ tarixində ətraf mühitlə əlaqədar misli görünməmiş fəlakətə səbəb ola bilər. Bunu prezident Barak Obama deyib.

Fəlakətin ən böyük qurbanına çevriləcəyi bildirilən Luiziana ştatında səfərdə olan Obama neft axıntısının Körfəz sahilindəki ştatların iqtisadiyyatına və ətraf mühitinə ciddi zərər vuracağını söyləyib. Amerika prezidenti hadisəyə görə bütün məsuliyyətin neft yatağını istismar edən BP şirkətinin üzərinə düşdüyünü və bütün təmizləmə işlərinin xərclərini də bu şirkətin ödəməli olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG