Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38
Detektiv ustası Çingiz Abdullayev və gənc yazar Rəna Yüzbaşı şərikli kitab yazmaq qərarına gəliblər. (Trend)

“Mən gələcək əməkdaşlığımızın bütün sirlərini indidən açmaq istəmirəm, amma kitabın maraqlı alınacağına ümid edirəm.

Ümumilikdə mənim üçün istedadlı yazıçı Rəna Yüzbaşı ilə birgə işləmək çox maraqlıdır.

Mən onun yaradıcılıq yolu ilə irəliləməsinə çoxdan kömək edirəm” – deyə Ç.Abdullayev agentliyə bildirib.

Yazıçılar birlikdə intellektual detektiv yazmağı planlaşdırırlar.

Rəna Yüzbaşı
“Mən özümü Çingiz Abdullayevə çox borclu sayıram, təkcə “Skinhed” romanımın onun dəstəyi ilə çapı nəyə desən dəyər” – deyə R.Yüzbaşı bildirib.

“Çox sevinirəm ki, Çingiz müəllim şərikli kitab yazmaq ideyasını dəstəklədi.

Tanış olduğumuz üç il ərzində mən ondan çox şey öyrənmişəm, metrlə birgə işləmək təcrübəsinin necə məhsuldar olacağını indidən təsəvvür edirəm”.

Həmçinin oxu
3 manata “Skinhed”
Çingiz Abdullayev "Əclafların qanunu" (Romandan parça)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG