Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:46

Deputat qadınların üzübağlı gəzməsinə qadağa qoymağa çağırıb


Avropa Parlamentinin Almaniyadan olan deputatı Silvana Kox Merin Avropa Birliyində qadınların üzübağlı gəzməsini qadağan edən qanun qəbul etməyə çağirib.
O yerli mətbuata müsahibəsində deyib ki, Avropa bu cür geyimin təcəssüm etdirdiyi dəyərləri qəbul etmir.

Kox Merin Avropa Parlamentində Azad Demokrat Partiyasından olan deputat qrupunun rəhbəridir.

Bu partiya Almaniyadakı hakim kolaisiyaya daxildir.

Belçika parlamentinin aşağı palatası aprelin 29-da ictimai yerlərdə bu cür geyinməyi qadağan edən qanun layihəsi qəbul edib.

Həmçinin Fransada müvafiq qanun hazırlanıb.
XS
SM
MD
LG