Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Bakiyevin oğlu korrupsiyada itiham olunur


Qırğızıstanın devrilmiş prezidenti Bakiyevin oğlu Maksim Bakiyevə qarşı korrupsiya ilə bağlı ittiham irəli sürülüb.

Söhbət Bişkek ətrafındakı ABŞ bazasını yanacaqla təmin etməkdən gedir.

Yerli kütləvi informasiya vasitələrinin prokurorluğa istinadla verdikləri məlumata görə, bazanı yanacaqla təmin edən şirkətlər Maksim Bakiyevə məxsusdur və o bu yanacağı Rusiyadan alırmış.

Araşdırma zamanı bəlli olub ki, hökumət bu şirkətlər üçün gömrük rüsumunu aşağı salıb.

Qırğızıstanın hakim dairələri bundan əvvəl keçmiş prezident və onun qohumlarına qarşı bir sıra ittihamlar irəli sürüb.

Kurmanbek Bakiyev aprelin əvvəllərində çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG